Paytaxt polisi ötən gün 26 cinayətin üstünü açıb
03.03.2020 07:49 Hadisə

Paytaxt polisi ötən gün 26 cinayətin üstünü açıb

Bakı Şəhər Baş Polis İdarəsindən “MediaPost”a verilən məlumata görə, onlardan 10-nu əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.

Əcəmi Əsədulla

Xəbərlər departamenti

Gündəm