Paytaxt sakinlərinə koronavirusdan qorunmaqla bağlı yeni xəbər
27.02.2020 07:39 Cəmiyyət

Paytaxt sakinlərinə koronavirusdan qorunmaqla bağlı yeni xəbər

İranda koronavirusun sürətlə yayılmasından sonra artıq paytaxtdakı bir sıra apteklərə xüsusi qoruyucu tibbi maskalar gətirilib.

“MediaPost” xəbər verir ki, adi tibbi maskalardan fərqli olaraq viruslardan daha yaxşı mühafizə edən bu vasitələrin qiyməti 2-25 manat arasında dəyişir.

Filtrli maskaları digərlərindən fərqli olaraq 3 gün ərzində istifadə etmək mümkündür. 25 manatlıq maskalar xüsusi kimyəvi xəstəliklərin qarşısını almaq üçün nəzərdə tutulub.

Əvvəllər paytaxt apteklərində satılmayan bu maskaların tələbata görə gətirildiyi bildirilib.

Əcazçılar ən keyfiyyətli qorucuyucu tibbi maskanın N95 olduğunu söyləyiblər.

Xatırladaq ki, İranın Rəşt, Gilan və Qum şəhərlərində koronavirus yayılıb. Epidemiyanın Azərbaycanla sərhəd olan İranda yayılmasından sonra ölkə ərazisində tibbi maska qıtlığı yaranmışdı.

Paytaxt sakinlərinə koronavirusdan qorunmaqla bağlı yeni xəbər

Xəbərlər departamenti

Gündəm