Paytaxt yollarındakı təhlükə: "Dünya bununla mübarizə aparır"
04.02.2020 09:58 Fikirlər

Paytaxt yollarındakı təhlükə: "Dünya bununla mübarizə aparır"

Prezident İlham Əliyevin ictimai nəqliyyatla bağlı dövlət qurumları qarşısında qaldırdığı əsas məsələlərdən biri ölkəyə sıxılmış təbii qazla işləyən avtobusların gətirilməsidir. Ölkə başçısının göstərişi ilə ekologiyanın çirklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində ötən il Azərbaycana 300 ədəd sıxılmış təbii qazla işləyən avtobuslar gətirib. Ekspertlər müasir standartlara cavab verən avtobusların paytaxtda atmosferin çirklənməsinin qarşısını alacağı qənaətindədir.

Paytaxt yollarındakı təhlükə: Dünya bununla mübarizə aparırMövzu ilə bağlı “MediaPost”a açıqlama verən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanov ölkədə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan da ekologiyanın çirklənməsinin qarşısının alınması ilə bağlı konvensiyalara qoşularaq öz üzərinə müəyyən öhdəliklər götürüb:

“Bu gün Azərbaycanda ekologiya ilə bağlı mövcud olan ən böyük problemlərdən biri nəqliyyat vasitələrinin atmosferi çirklənməsidir. Bakı şəhərində atmosferin çirklənməsinin 60-70 faizi avtomobillərin hesabına düşür. Biz də Daxili İşlər Nazirliyinin Avtomobil Müfəttişliyi ilə birgə avtomobildən xaric olunan və yanan qazın tərkibində karbon-oksidin miqdarını müəyyənəşdirmək məqsədilə monitorinqlər aparmışıq. Monitorinqlər nəticəsində müəyyən olunub ki, ölkəmizdə avtomobillərdən buraxılan karbon-oksidin miqdarına görə vəziyyət bir qədər gərgindir.Paytaxt yollarındakı təhlükə: Dünya bununla mübarizə aparır

Sözügedən problemin qarşısını almaq məqsədilə bir çox xarici ölkələrdə ekoloji cəhətdən təmiz olan avtomobillərdən və avtobuslardan istifadə olunur. Bakının strukturu elə formadadır ki, saatlarla tıxacda qalmaq mümkündür. Bu da artıq yanacağın yandırılmasına səbəb olur və son nəticədə ekologiyanı çirkləndirir. Ümumiyyətlə, ekologiyanın çirklənməsinin qarşısını almaq məqsədilə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsə, daha yaxşı olar.

Hesab edirəm ki, paytaxtda ictimai nəqliyyatda istifadə olunan və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən xaricdən gətirilmiş avtobusların istifadə edilməsinin çox böyük əhəmiyyəti var. Çünki həmin avtobuslarda istifadə olunan yanacaqdan atmosferə buraxılan karbon-oksidin miqdarında həmin nəqliyyat vasitələrində ciddi nəzarət olunur. Yeni gətirilmiş avtobuslar ekologiyanın çirklənmə səviyyəsinin azaldılması üçün mühüm əhəmiyyətə malikdir. Belə avtobusların sayı nə qədər çox artırılsa, Bakı şəhəri üçün olduqca əlverişlidir”.

R.Sultanovun sözlərinə görə, BNA tərəfindən görülən tədbirlər yaxın gələcəkdə bu sahədə vəziyyətin daha da yaxşılaşmasına gətirib çıxaracaq:

“İctimai nəqliyyatda istifadə olunan avtobusların yeniləri ilə əvəz olunması, ekologiyaya müsbət təsir göstərməklə yanaşı həm əhalinin mədəniyyət səviyyəsini yüksəldir, həm təmizliyə riayət olunur, həm də ictimai nəqliyyatda nizam-intizam yaranır. Əlbəttə, gələcəkdə də belə avtobusların ölkəyə gətirilməsi, Azərbaycan üçün çox əlverişli ola bilər.

Paytaxt yollarındakı təhlükə: Dünya bununla mübarizə aparır

Nəqliyyat böyük xərc tələb edən, amma gəlir gətirməyən bir sahədir. Yəni ictimai nəqliyyata çəkilən xərc əhalinin miqyasına, onların sağlamlığına, rahatlığına olduqca müsbət təsir göstərir. Dövlət, o cümlədən BNA bu istiqamətdə mühüm işlər görür. Ekologiyanın çirklənməsinin qarşısını almaq üçün Azərbaycan dövlətinin, eləcə də aidiyyəti qurumların qarşısında mühüm vəzifələr dayanır. İnanıram ki, həyata keçirilən genişmiqyaslı layihələr bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir edəcək”.

R.Sultanov həmçinin əlavə edib ki, paytaxtda avtomobillərin və ictimai nəqliyyatda istifadə olunan avtobusların elektrik mühərriki ilə təchiz edilmiş nəqliyyat vasitələri ilə əvəz olunması bu sahədəki mövcud problemlərə qarşı mübarizəyə effektiv təsir göstərəcək.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm