Paytaxtda avtomobil qaçıran keçmiş məhkum tutulub
17.01.2020 11:28 Hadisə

Paytaxtda avtomobil qaçıran keçmiş məhkum tutulub

DİN-in mətbuat xidmətindən "MediaPost"-a bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm