Paytaxtda qatarla təcili yardım maşını toqquşub - AÇIQLAMA
05.01.2020 09:12 Hadisə

Paytaxtda qatarla təcili yardım maşını toqquşub - AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC-dən "MediaPost"-a verilən məlumata görə, Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilir ki, qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub. İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü "Yol hərəkəti haqqında Qanun"un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm