Paytaxtda sıxlıq və tıxac müşahidə olunur
26.10.2020 19:05 Cəmiyyət

Paytaxtda sıxlıq və tıxac müşahidə olunur

Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

"MediaPost" xəbər verir ki, sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Paytaxtda sıxlıq müşahidə olunan ərazilərin siyahısı:

- Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində

- Abdulvahab Salamzadə küçəsi –Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Zİya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)

- Alı Mustafayev küçəsi - 20 yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yol

- Abbasqulu ağa Bakıxanov küçəsi –Türkiyə səfirliyi istiqamətində

-Tbilisi prospekti - 20 yanvar dairəsi istiqamətində

- Qara Qarayev prospekti –Dakar dairəsi istiqamətində nisbətən sıxlıq

- Rəşid Behbudov küçəsi –Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)

- Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində

- Heydər Əliyev prospekti –Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol

- Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində

- Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində 

 

Xəbərlər departamenti

Gündəm