Paytaxtın bu hissəsində su olmayacaq
07.12.2019 13:23

Paytaxtın bu hissəsində su olmayacaq

Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən Mediapost.az-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbərlər departamenti

Gündəm