Paytaxtın bu küçəsində hərəkət məhdudlaşır - Təmir işləri aparılacaq
31.01.2020 10:47 Cəmiyyət

Paytaxtın bu küçəsində hərəkət məhdudlaşır - Təmir işləri aparılacaq

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə "MediaPost"a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edir.

Xəbərlər departamenti

Gündəm