Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək
22.09.2020 18:59 Cəmiyyət

Pediatriya İnstitutunda tibbi aksiya keçiriləcək

Sentyabrın 23-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirəcək.

Mərkəzdən "MediaPost"-a verilən məlumata görə, aksiyada Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları üçün tibbi xidmət göstəriləcək. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçiriləcək.

Tədbirin təşkilində məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Qeyd edək ki, səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə, hətta əməliyyat olunmasıdır.

Xəbərlər şöbəsi

Gündəm