Pentaqonun rəhbəri HDQ nazirinin istefaya getməsini istəyib
25.11.2019 07:36 Siyasət

Pentaqonun rəhbəri HDQ nazirinin istefaya getməsini istəyib

Trend-in "The Washington Post"a istinadən verdiyi məlumata görə, buna səbəb R.Spenserin Ağ Ev nümayəndələri ilə cinayətdə ittiham edilən Edvard Qallagerin hərbi taleyi ilə bağlı gizli danışıqlar aparması olub.

Bildirilir ki, R.Spenser Ağ Evin nümayəndələrindən E.Qallagerə qarşı prosesə müdaxilə etməmələrini istəyib və bunun qarşılığında o, ittiham olunan hərbçinin rütbəsini saxlayaraq ordunu tərk etməsinə zəmanət verdiyi deyib.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffmanın sözlərinə görə, R.Spenser öz təklifi barədə Pentaqonun rəhbərinə məlumat verməyib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm