Pərviz Şahbazov neft istehsalçılarına təklif irəli sürdü
22.04.2020 07:04 İqtisadiyyat

Pərviz Şahbazov neft istehsalçılarına təklif irəli sürdü

Energetika Nazirliyindən “MediaPost”a verilən məlumata görə, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı “OPEC plus” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: “OPEC plus” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC plus” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.

Xəbərlər departamenti

Gündəm