Peskov: "Rusiyadakı Azərbaycan və erməni diasporları arasında münaqişə olmayacaq"
13.11.2020 16:11 Dünya Siyasət

Peskov: "Rusiyadakı Azərbaycan və erməni diasporları arasında münaqişə olmayacaq"

Dağlıq Qarabağdakı hadisələrə görə, Rusiyadakı Azərbaycan və erməni diasporları arasında münaqişə baş verməyəcək".

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Hər iki diaspor özünü çox məsuliyyətli aparır və hər iki diaspor Rusiya ictimaiyyətinin hörmətli üzvləridir. Onlar burada Rusiya Federasiyasının qanunlarının rəhbər tutulmalı olduğunu yaxşı anlayırlar”, - deyə Peskov qeyd edib.

Anara Mikail

Gündəm