Peskov: "Ermənistanda baş verənlər Qarabağda təhlükə törətmir"
26.02.2021 16:13 Dünya Siyasət

Peskov: "Ermənistanda baş verənlər Qarabağda təhlükə törətmir"

"Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir".

"MediaPost" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Xeyr, hazırda hər şey lazımi səviyyədə tətbiq edilir. Ermənistandakı hadisələrə baxmayaraq Qarabağ razılaşmasının yerinə yetirilməsi yolu ilə irəliləmək zəruridir", - deyə Peskov qeyd edib.

Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin ötən gün baş tutan telefon danışığı haqqında danışan sözçü "görüşə dair bizim yayımladığımız mətni diqqətlə izləmisinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həllinin lehinə danışdığını görmək fürsətiniz olub. Bu açıqlama çox vacibdir", - deyə vurğulayıb.

Anara Mikail

Gündəm