Peskov helikopter hadisəsi ilə bağlı münasibət bildirib
13.11.2020 12:23 Dünya Qarabağ Azərbaycandır

Peskov helikopter hadisəsi ilə bağlı münasibət bildirib

"Azərbaycanın məsələyə dərhal reaksiya verməsi Moskvanın vurulan rus helikopteri üçün Azərbaycanın üzrxahlığının qəbul etməsini təmin etdi".

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov "RT" telekanalına verdiyi müsahibədə bildirib.

"Bu, əlbəttə ki, bütün hərbi rəhbərlərimizə və silahlı qüvvələrdə xidmət edən bütün insanlarımıza və bütün vətəndaşlara ağırdır", - o bildirib.

Peskovun sözlərinə görə, Azərbaycanın hadisə ilə bağlı qərəzsiz şəkildə araşdırılmasına və məsuliyyət daşıyanların cəzalandırılmasına hazır olduğunu elan etməsi ilə məsələ həllini tapdı.

Anara Mikail

Gündəm