Peskov: "Sanksiyalar pis olan münasibətlərə ciddi zərər verir"
03.03.2021 15:40 Dünya

Peskov: "Sanksiyalar pis olan münasibətlərə ciddi zərər verir"

"ABŞ və Avropa İttifaqının (Aİ) müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsi ilə əlaqədar Rusiyaya sanskiya tətbiq etməsi qəbuledilməzdir".

"MediaPost" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. 

"Bunlara bənzər bütün məhdudiyyətlər pis olan münasibətlərimizə ciddi şəkildə zərər verir. Bu sanksiyalar Rusiyanın daxili işlərinə müdaxilədir və bütün bunlara lazımi cavab veriləcək", - deyə Peskov qeyd edib.

Digər tərəfdən Peskov sanksiyalar səbəbilə ABŞ və Aİ ilə əlaqələri kəsmək istəmədiklərini də dilə gətirib.

Anara Mikail

Gündəm