“Petkim” satışlarını artırıb
05.11.2020 14:51 Energetika

“Petkim” satışlarını artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksində 2 369,621 min ton məhsul istehsal olunub. Hesabat dövründə satış miqdarı 1 783,449 min ton təşkil edib.
“Report” bu barədə “Petkim Holding”in hesabatına əsasən xəbər verir.

Bu ilin doqquz ayında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 8% azalıb, satış miqdarı isə 1,1% artıb.
Hesabat dövründə istehsal gücündən istifadə göstəricisi 89,5% olub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 96,8% təşkil edib.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. 
 

Xəbərlər departamenti

Gündəm