Peyvənd olunan rəhbər şəxsin səhhəti barədə rəsmi açıqlama
19.01.2021 11:21 Cəmiyyət

Peyvənd olunan rəhbər şəxsin səhhəti barədə rəsmi açıqlama

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən gün Bakı Sağlamlıq Mərkəzində koronavirusa qarşı peyvənd olunub.

Qurumdan “MediaPost"a verilən məlumata görə, hazırda Z.Əliyevin səhhəti normaldır, özünü yaxşı hiss edir və işinin başındadır.

Qeyd edək ki, Agentliyin İdarə Heyətinin sədrinə fevral ayında vaksinin ikinci dozası vurulacaq.

Xəbərlər departamenti

Gündəm