Piyadanı vuraraq hadisə yerindən qaçan şəxs tutulub
20.04.2020 10:16 Hadisə

Piyadanı vuraraq hadisə yerindən qaçan şəxs tutulub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "MediaPost"a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Kürdəmir şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atakişili kənd sakini N.İbrahimov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şıxımlı kənd sakini Y.Bəkirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm