"Polad Bülbüloğlu özü istefa verməlidir"
13.11.2020 12:46 Siyasət

"Polad Bülbüloğlu özü istefa verməlidir"

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar".

"MediaPost" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Millət vəkili bəyan edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dünənki açıqlamasını tənqid edib: "Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər. Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır".

Xəbərlər departamenti

Gündəm