Polad Həşimov küçəsi... - <span>FOTO</span>
05.08.2020 09:57 Gündəm Cəmiyyət

Polad Həşimov küçəsi... - FOTO

Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri artıq hazırdır.

“MediaPost” “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşəcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar verib.

Xatırladaq ki, Qəbələnin Vəndam kındində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub. 

img

Xəbərlər şöbəsi

Gündəm