Polis konki sürən bu yeniyetmələri axtarır - VİDEO
Antaliyada roliklə (konki) əylənən yeniyetmələr sürətlə hərəkət edən avtomobilin arxasından tutublar.
"MediaPost" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeniyetmələr saatda 80 kilometr sürətlə hərəkətdə olan avtomobilin arxasından tutaraq, həyatlarını riskə atıblar. Yeniyetmələrdən 4-ü avtomobildən, biri isə dostunun belindən yapışaraq hərəkətdə olublar.
Bu anlar yolda hərəkət edən digər sürücünün mobil telefonunun kamerasına əks olunub. Hazırda Türkiyə polisi kobud şəkildə yol-hərəkət qaydalarını pozan bu yeniyetmələrin kimliklərini müəyyənləşdirir.