Polis Sumqayıtda çimərliklərdə reyd keçirib - FOTOLAR
08.08.2020 15:10 Gündəm Cəmiyyət

Polis Sumqayıtda çimərliklərdə reyd keçirib - FOTOLAR

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Daxili İşlər Nazirliyindən “MediaPost”a bildirilib ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin, polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.

Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO) - Gallery Image

Xəbərlər şöbəsi

Gündəm