Polisin əmrinə tabe olmadı, qolunu sındırdı
14.04.2020 13:00

Polisin əmrinə tabe olmadı, qolunu sındırdı

"MediaPost"un xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib.

Karantin rejiminə görə magistral yolda qurulmuş postda sürücüyə "Saxla" əmri verilsə də, o, tabe olmayaraq postdan uzaqlaşıb. Bu zaman ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşını vurub.

İlkin məlumata görə, xəstəxanaya yerləşdirilən polis əməkdaşının qolu sınıb. K. Əliyev bildirib ki, ərazidən uzaqlaşan sürücü növbəti postda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, publika.az-ın məlumatına görə, hadisə "Mercedes S Klass 500" markalı 10 OO 018 nömrəli avtomobillə törədilib.

Xəbərlər departamenti

Gündəm