Polşada abortu qadağan edən qanun aksiyalara görə təxirə salındı
04.11.2020 14:48 Dünya

Polşada abortu qadağan edən qanun aksiyalara görə təxirə salındı

Polşa hökuməti abortu qadağan edən qanunun icrasını təxirə salmağa qərar verib.

"MediaPost" xəbər verir ki, abortla bağlı qadağa 22 oktyabrdan bəri davam edən etirazlara görə təxirə salınıb. 

Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsi döldə sağalmaz patalogiya aşkar edilərsə, hamiləliyi sonlandırmağı qadağan edən qanun qəbul etmişdi və qanun 2 noyabr tarixində qüvvəyə minməli idi.

Xatırladaq ki, 1993 -cü ildən bəri Polşada hamiləliyi yalnız üç halda dayandırmaq mümkün idi: ananın həyatı üçün bir təhlükə olduğu təqdirdə, təcavüzdən sonra və uşağın ciddi inkişaf pozğunluqları qeydə alındığı halda. Sonuncusu isə abortların 95%-nin səbəbi idi.

Qeyd edək ki, qanunla bağlı Roma, Lissabon və digər Avropa şəhərlərində Polşa qadınlarına dəstək mitinqləri də keçirilib.

Anara Mikail

Gündəm