Polşada müsəlmanlara qarşı terror hücumu hazırlamaqda şübhəli bilinənlər saxlanılıb
13.11.2019 12:38 Gündəm

Polşada müsəlmanlara qarşı terror hücumu hazırlamaqda şübhəli bilinənlər saxlanılıb

Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları partlayıcılardan istifadə etməklə terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata görə, saxlanılanlar Polşada yaşayan müsəlmanlara qarşı silah və partlayıcı maddələrdən istifadə edərək hücum hazırlamaq niyyətində olub. Axtarışlar zamanı çox sayda partlayıcı maddə, silah və sursat ələ keçirilib. Agentlər həmçinin səkkiz flakon zəhərli kimyəvi maddə və partlayıcı maddələrin hazırlanmasına dair 170 material ələ keçirib.

Qeyd olunur ki, saxlanılanlar daha əvvəl Polşa parlamentinə planlaşdırılan hücumun istintaqı çərçivəsində xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşmüşdü.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm