Polşada Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib
26.02.2021 15:48 Siyasət

Polşada Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edilib

Varşavanın ən nüfuzlu "Raffles Europejski Warsaw" hotelində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş online konsert keçirilib. 

Bu barədə "MediaPost"a Azərbaycanın Polşadakı səfirliyindən bildirilib. Məlumata görə, online konsert səfirlik və Polşadakı Azərbaycan diasporunun nümayəndələrinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Fərid Cəfərli çıxış edib. Daha sonra Varşavadakı Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi inciləri səsləndirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımına həsr edilmiş film polyak dilinə tərcümə edilərək geniş ekranda nümayiş etdirilib.

Xəbərlər şöbəsi

Gündəm