Pomidor ixracı 44 milyon dollar qazandırıb
29.04.2020 08:04 İqtisadiyyat

Pomidor ixracı 44 milyon dollar qazandırıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayı təqdim edilib. 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.

“MediaPost” xəbər verir ki, 2020-ci ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları)ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları)üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4milyon, pambıq lifi ixracı 43,4 milyon,alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon ABŞ dolları, şəkər ixracı 2,9 milyon təşkil edib.

2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib.

Xəbərlər departamenti

Gündəm