Pompeo: "ABŞ İsrailin Qərb sahillərində məskunlaşmasını qanunsuz hesab etmir"
19.11.2019 07:31 Siyasət

Pompeo: "ABŞ İsrailin Qərb sahillərində məskunlaşmasını qanunsuz hesab etmir"

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

“Prezident Donald Tramp administrasiyası Barak Obama administrasiyasının İsrail yaşayış məntəqələrinin salınmasına münasibətini nəzərdən keçirir. Qərb sahilində İsrail mülki yaşayış məntəqələrinin inşası beynəlxalq hüquqa zidd deyil”, - Pompeo belə deyib.

Pompeo, həmçinin bildirib ki, İsrailin işğal olunmuş Fələstin torpaqlarında məskunlaşması ilə bağlı ABŞ-ın yeni qərarı İordan çayının qərb sahilinin statusuna şamil edilmir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm