Pompeo bu ölkələrə səfər edəcək
ABŞ Dövlət katibi Mayk Pompeonun 7 ölkəyə səfəri gözlənilir.
"MediaPost" un məlumatına görə, bunu ABŞ-ın Xarici İşlər naziri jurnalistlərə açıqlamasında deyib.
Pompeo Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına gedəcək.
Qeyd edək ki, gürcü mətbuatı Pompeonun 17-18 noyabr tarixlərində Gürcüstana səfər edəcəyini yazıb.