Pompeo Kim Çendən danışdı: "Yerinə kim gəlirsə gəlsin..."
25.04.2020 10:30 Dünya

Pompeo Kim Çendən danışdı: "Yerinə kim gəlirsə gəlsin..."

“MediaPost”un xəbərinə görə, Pompeo Şimali Koreyaya kimin prezident olmasından asılı olmayaraq ABŞ-ın hədəflərinin dəyişməyəcəyini bildirib.

O, ABŞ-ın Şimali Koreyanı nüvə silahlarından təmizləməklə bağlı işlərə davam edəcəyini diqqətə çatdırıb: “ABŞ xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir”.

Xatırladaq ki, dünya mediasında Kim Çenin keçiridiyi ürək əməliyyatından sonra komaya düşməsi və daha sonra ölməsi ilə bağlı məlumatlar yayılıb.

Kəşfiyyat bömələri Kim Çenin harada olması və səhhəti ilə bağlı yayılan məlumatları təsdiqləməyib. Şimali Koreya liderinin öləcəyi təqdirdə onun yerinə bacısı Kim Yonun keçəcəyi gözlənilir.

Xəbərlər departamenti

Gündəm