Pompeo Qolan təpələri və Qərbi Şeriaya səfər edəcək
13.11.2020 11:54 Dünya

Pompeo Qolan təpələri və Qərbi Şeriaya səfər edəcək

ABŞ dövlət katibi Mayk Pompeonun növbəti həftə İsrailə baş tutacaq səfər çərçivəsində işğal altındakı Qolan təpələri və Qərbi Şeriaya da gedəcəyi iddia edilib.

"MediaPost" xəbər verir ki, bu barədə "Axios" etibarlı mənbələrə əsasən məlumat yayıb. Bildirilib ki, səfər baş tutsa, Pompeo ABŞ tarixində sözügedən bölgələrə səfər edən ilk dövlət katibi olacaq.

Pompeonun səfərinin rəsmi, yoxsa özəl olacağı haqqında məlumat verilməyib. Lakin istənilən vəziyyətdə İsrail rəsmilərinin Pompeo ilə olacağı qeyd olunub. 

Növbəti çərşənbə günü İsrailə gedəcək Pompeonun İsrailin Baş naziri Binyamin Netanyahu, Müdafiə naziri Benny Gantz və Xarici İşlər naziri Qabbi Aşkenazi ilə görüşəcəyi gözlənilir.

 

Anara Mikail

Gündəm