Poroşenko: "Putinin bu addımı Ukrayna üçün birbaşa təhlükə və riskdir"
16.01.2020 16:28 Xarici siyasət

Poroşenko: "Putinin bu addımı Ukrayna üçün birbaşa təhlükə və riskdir"

"MediaPost" xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Tvitter hesabında yazıb.

Poroşenkonun bu şəraitdə o, 2020-ci ildə başlayan çağırışlara adekvat cavab vermək üçün Ukrayna hakimiyyətini və müxalifəti birləşdirməyin vacib olduğunu qeyd edib.

Keçmiş Ukrayna lideri, onu da vurğulayıb ki, Putinin müraciəti Rusiyanın Ukrayna ilə müharibəni dayandırmaq niyyətində olmadığından xəbər verir.

“İkinci nəticədə budur ki, Putin həmişəlik hakimiyyətdə qalmaq niyyətindədir”, - deyə Poroşenko qeyd edib.

Ukraynanın keçmiş prezidenti hesab edir ki, Rusiyada hökumət, parlament yoxdur və bütün hakimiyyət bir şəxsin əlindədir.

“Buna görə istefalar və ya təyinatlar məni maraqlandırmır və maraqlandırmamalıdır”, -deyə o, əlavə edib.

Qeyd edək ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə 16-cı dəfə müraciət edib. Dövlət başçısı Konstitusiyaya dəyişiklər olunmasını təklif edib. O bildirib ki, yüksək vəzifəli şəxslərin xarici ölkədə vətəndaşlıq və yaşamaq hüququ alması, Rusiya Prezidenti postuna bir nəfərin ard-arda iki dəfədən artıq seçilməsi qadağan edilməlidir. Bundan əlavə, güc strukturlarının rəhbərlərinin və regional prokurorların namizədlikləri Federasiya Şurası ilə razılaşdırılacaq.

Aynur Ələkbər / "MediaPost"

Xəbərlər departamenti

Gündəm