Prezident 2020-ci il dövlət büdcəsini təsdiqləyib
17.12.2019 06:12 Rəsmi

Prezident 2020-ci il dövlət büdcəsini təsdiqləyib

Mediapost.az xəbər verir ki, qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib.

Dövlət başçısı həmçinin 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.

Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Xəbərlər departamenti

Gündəm