Prezident Administrasiyasında İlqar Məmmədovla görüş keçirilib
29.02.2020 08:22 Daxili siyasət

Prezident Administrasiyasında İlqar Məmmədovla görüş keçirilib

"MediaPost" xəbər verir ki, bu barədə İ.Məmmədov özü bildirib.

Onun sözlərinə görə, görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasından baş tutub:

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

Xəbərlər departamenti

Gündəm