Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi
13.02.2020 09:11 Rəsmi

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

"MediaPost" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edilib, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulanıb və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlər departamenti

Gündəm