Prezident “Azərxalça”nın Kürdəmir filialının açılışında iştirak edib
12.02.2020 12:22 Rəsmi

Prezident “Azərxalça”nın Kürdəmir filialının açılışında iştirak edib

"MediaPost" verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbərlər departamenti

Gündəm