Prezident Binəqədidə avtomobil yollarının təmirinə 8,7 milyon manat ayırıb
21.12.2019 13:30 Rəsmi

Prezident Binəqədidə avtomobil yollarının təmirinə 8,7 milyon manat ayırıb

Mediapost.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm