Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırdı - SƏRƏNCAM
27.04.2020 09:45 Rəsmi

Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırdı - SƏRƏNCAM

"MediaPost" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm