Prezident Fəzail İbrahimlini təltif etdi
12.04.2021 12:23 Rəsmi sənədlər

Prezident Fəzail İbrahimlini təltif etdi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

"MediaPost"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. 

 

Xəbərlər şöbəsi

Gündəm