Prezident həmkarını təbrik edib
08.08.2020 14:08 Rəsmi Prezident

Prezident həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.

"MediaPost"un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.

Xəbərlər şöbəsi

Gündəm