Prezident İlham Əliyev: "Biz konkret məsələləri müzakirə edib konkret tapşırıqlar verdik"
17.12.2019 15:50 Siyasət

Prezident İlham Əliyev: "Biz konkret məsələləri müzakirə edib konkret tapşırıqlar verdik"

Mediapost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi var: "Eyni zamanda Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.

Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir".

Xəbərlər departamenti

Gündəm