Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
23.01.2020 07:54 Rəsmi

Prezident İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb

"MediaPost" xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunulub, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib.

Prezident İlham Əliyev ölkəmizdə reallaşdırılan bərpaolunan enerji layihələri barədə məlumat verib. Gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirilib. Vurğulanıb ki, alternativ enerjinin Azərbaycanda böyük potensialı var.

Xəbərlər departamenti

Gündəm