Prezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib
08.01.2020 12:10 Rəsmi

Prezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib

"MediaPost"un xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Dövlət başçısı Ukraynanın Prezidenti Vladimir Zelenskiyə də başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm