Prezident İlham Əliyev iki general-mayoru yeni vəzifəyə təyin edib
19.12.2019 13:13 Rəsmi

Prezident İlham Əliyev iki general-mayoru yeni vəzifəyə təyin edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

Bu barədə Mediapost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Dekabrın 19-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib. Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.

Xəbərlər departamenti

Gündəm