Prezident İlham Əliyev İsrailin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
25.12.2019 13:09 Rəsmi

Prezident İlham Əliyev İsrailin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

"MediaPost" xəbər verir ki, səfir Corc Dik fəxri qarovul dəstəsinin qarşısından keçib.

Corc Dik etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Corc Dik ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə edərək Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını məmnunluqla qeyd edib.

Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


*** 11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib.

"MediaPost"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlər departamenti

Gündəm