Prezident İlham Əliyev Oman Sultanına başsağlığı verib
11.01.2020 12:30 Rəsmi

Prezident İlham Əliyev Oman Sultanına başsağlığı verib

"MediaPost"un xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm