Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib
15.01.2020 12:11 Rəsmi

Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib

"MediaPost"un məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,

Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbərlər departamenti

Gündəm