Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb
21.11.2019 14:05 Rəsmi

Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb

Mediapost.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm