Prezident İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib
06.01.2020 13:26 Rəsmi

Prezident İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

"MediaPost" xəbər verir ki, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm