Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə pul ayırıb
04.02.2020 15:26 Rəsmi

Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə pul ayırıb

"MediaPost" xəbər verir ki, sənədə əsasən, Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 980 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm